Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yaydı

mudafie-nazirliyi-teymur-ceferovun-olumu-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 13712

Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yayıb. 

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumatda deyilir: 

"Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!".