Müdafiə Nazirliyi yeni açıqlama yaydı

mudafie-nazirliyi-yeni-aciqlama-yaydi
Oxunma sayı: 17842

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir.