Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar kökündən yalandır: “Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir”
Qeyd edək ki, ermənilər Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər