“Müharibədə 31 min ukraynalı hərbçi həlak olub” - Zelenski

muharibede-31-min-ukraynali-herbci-helak-olub
Oxunma sayı: 2635

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə ölkəsinin Rusiya ilə müharibədə həlak olan hərbçilərinin sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” agentliyi məlumat yayıb.

Mətbuat konfransı keçirən Zelenski bildirib ki, müharibədə 31 min ukraynalı hərbçi həlak olub.

“Rusiya ordusu isə 180 min nəfər hərbçi itirib”, - Ukrayna lideri qeyd edib.

O bildirib ki, Ukrayna bu müharibədə uduzmayacaq, başqa versiya yoxdur.