Nardaranda 4 uşağın batması ilə bağlı cinayət işi açıldı

nardaranda-4-usagin-batmasi-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 4524

Avqustun 10-da Bakının Nardaran qəsəbəsində, qeyri-çimərlik ərazidə 4 azyaşlı uşağın boğularaq ölməsiylə bağlı cinayət işi açılıb.

Bakı şəhər Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.