“Qafqazinfo”nun məlumatına görə, qrup üzvləri “Həyatın ritmi” adlı konsert proqramına “Tək sərbəst” adlı kompozisiya ilə start verib. Bir-birinin ardınca sevilən kompozisiyalarını səsləndirən qrupun ifaları alqışlarla qarşılanıb.
Konsertdə xarici qonaqların çoxluğu diqqət çəkib.
Qeyd edək ki, 2001-ci ildə yaradılan “Natiq” ritm qrupu bir çox musiqi mükafatlarına layiq görülüb, xarici ölkələrdə Azərbaycanı uğurla təmsil edib. 2014-cü ildə ilk dəfə tələbələrini məzun edən Natiq Şirinov bu münasibətlə möhtəşəm hesabat konserti təşkil etmişdi. Əməkdar artistin oğlu Ümid də tələbələri sırasındadır.
Könül
Son xəbərlər
Son Xəbərlər