Navalnının dəfn vaxtı və yeri açıqlandı

navalninin-defn-vaxti-ve-yeri-aciqlandi
Oxunma sayı: 2997

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dəfn vaxtı və yeri açıqlanıb.

“Qafqazinfo” “BAZA” teleqram kanalına istinadən xəbər verir ki, mərhum martın 1-də Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.

Bu barədə onun mətbuat katibi Kira Yarmış bildirib.

Xatırladaq ki, fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən A. Navalnının cənazəsi fevralın 24-də anası Lüdmila Navalnayaya təhvil verilib.