Naxçıvanda öldürülən şəxs kriminal avtoritetin qardaşı imiş

naxcivanda-oldurulen-sexs-kriminal-avtoritetin-qardasi-imis
Oxunma sayı: 7277

Ötən gün Şərurda baş verən qətlin bəzi detalları məlum olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.

İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.

Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, keçmiş məhkum Vüqar Ağayevin qardaşıdır.