Nazir Namidan Piriyevə yüksək vəzifə verdi

nazir-namidan-piriyeve-yuksek-vezife-verdi
Oxunma sayı: 10007

Bir müddət öncə Daxili İşlər Nazirliyinin tabeliyinə verilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Namidan Piriyev gətirilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

O, bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, daha öncə İdarənin şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, NİİM bu il fevralın 7-də DİN-in tabeliyinə verilib. Qurum həmin tarixədək Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.