Nazirlikdən erməni idmançının təxribatına - Münasibət

nazirlikden-ermeni-idmancinin-texribatina
Oxunma sayı: 6802

Gənclər və İdman Nazirliyi erməni güləşçi Artur Aleksanyanın Rio Yay Olimpiya Oyunlarında təxribata əl atmağına münasibət bildirib.

Qafqazinfo”nun məlumatına görə, nazirlik Aleksanyanın qızıl medal qazanandan sonra mükafatlandırma səhnəsinə aprel döyüşlərində ölən erməni kiçik çavuş Robert Abadcanın şəkli olan köynəkdə çıxmağını birmənalı qarşılamayıb.

Gənclər və İdman Nazirliyinin məsələ ilə bağlı açıqlamasını təqdim edirik:

“Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə, heç bir vəchlə idmanın siyasiləşdirilməsinin tərəfdarı olmayıb. Erməni idmançının dünənki hərəkəti, bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi də siyasəti idman meydançasına gətirmə cəhdi oldu. Daim dünyaya özünün təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya öz mənfur xislətini nümayiş etditib cılız düşüncyə malik olduğunu bir daha sübut etdi”.