Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersi 4, 02 faiz azalaraq bir barreli 36, 80 dollar olub.
İCE Futures London birjasında “Brent” markalı neft isə 3, 99 faiz azalaraq bir barreli 38, 72 dollar olub.
Xatırladaq ki, cari ilin mart ayının ortalarında neftin qiyməti 42 dollara qədər yüksəlmişdi.
Son xəbərlər
Son Xəbərlər