Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Kürqarabucaq kəndinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu birdəqiqəlik sükutla yad edilib.
Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün Vətənimizin ərazi bütövlüyünün bərpa olunduğu, xalqımızın illərlə arzuladığı ədalətin təmin edildiyi gündür. Zəfər Günü Azərbaycan xalqının sarsılmaz iradəsini, ordumuzun igidliyini və milli birliyimizi əks etdirən əlamətdar tarixdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib. Bu qələbə dövlətimizin gücünü, xalqımızın birliyini və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirir.
RİH başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, maddi yardım köməkliyi, kənd tibb məntəqəsinə ixtisaslı həkimin təyin olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olaraq müraciət edə bilərlər.




Son xəbərlər
Son Xəbərlər