“Neftçi” məğlubiyyətdən son anda qurtuldu - Fotolar+Video

neftci-meglubiyyetden-son-anda-qurtuldu
Oxunma sayı: 11127

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Avroliqada yeganə təmsiçimiz olan “Neftçi” də növbəti matçına çıxıb.

Bakılılar doğma azarkeşləri önündə İsrailin “Bney Yehuda” klubunu qəbul edib. Qarşılaşma təmsilçimiz üçün uğursuz başlayıb. Belə ki, İsrail təmsilçisi ilk hissədə ardıcıl iki qol vuraraq yerli azarkeşlərə şok yaşadıb. "Neftçi" ilk hissədə bu qollardan yalnız birinin əvəzini çıxıb. Stiven Monroz fərqlənib.

Oyunda növbəti qol 90+7-ci dəqiqədə vurulub. Namiq Ələsgərovun qolu "Neftçi"ni məğlubiyyətdən qurtarıb - 2:2. 

8 avqust

Avropa Liqası

III təsnifat mərhələsinin ilk oyunu

"Neftçi" - "Bney Yehuda" - 2:2
Qol: Tambi, 26 (0:1), Qadir, 36 (0:2), Stiven Monroz, 43 (1:2), Namiq Ələsgərov 90+7 (2:2)
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. “Bakcell Arena”.

Fotolar: Nuran Məmmədov