Nəsimi Paşayev istefa verdi

nesimi-pasayev-istefa-verdi
Oxunma sayı: 8965

“Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işdən ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

N. Paşayev mayın 31-dən vəzifəsindən gedəcəyini açıqlayıb: "Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar!

2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm". 

Qeyd edək ki, N. Paşayev jurnalistlərlə sıx əməkdaşlıq edən mətbuat xidməti rəhbərlərindən biri idi. Onun istefası da jurnalistlərin təəccübünə səbəb olub.