Nəvələrinin toyunda virusa yoluxan ər-arvad eyni gündə öldü

Nəvələrinin toyunda virusa yoluxan ər-arvad eyni gündə öldü
Oxunma sayı: 6422

Bakıda kişi və xanımı eyni gündə koronavirusdan vəfat edib.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, paytaxt sakinləri, 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun 1941-ci il təvəllüdlü həyat yoldaşı Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində koronavirus infeksiyasına yoluxublar.

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

 Q.Quliyev və S.Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.