Fransanın PSJ klubunun braziliyalı ulduzu Neymar komandaya yeni baş məşqçi gətirilməsini istəyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “Barselona” sabiq baş məşqçisi Luis Enrikeni bu posta layiq görür.
Neymar bununla bağlı fikirlərini klubun prezidenti Nasser Əl-Xəlafiyə bildirib. Paris klubunun buna müsbət baxdığı vurğulanıb.
Qeyd edək ki, Çempiolaq Liqasında mübarizəni dayandıran Paris klubunun bu mövsümün sonu hazırkı baş məşqçi Unai Emeri ilə yolları ayıracağı gözlənilir.

Son xəbərlər
Son Xəbərlər