“O, tarixə qalib İlham kimi düşəcək” - Saakaşvili

o-tarixe-qalib-ilham-kimi-dusecek
Oxunma sayı: 7003

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o, sosial media hesabında yazıb.

“Qalibiyyət münasibətilə İlham Əliyevi təbrik edirəm. Prezident İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç bir zaman etməyib. O, tarixə qalib İlham kimi düşəcək və onun prezidentlik illəri Azərbaycan tarixində qızıl dövr kimi yazılacaqdır”, - o, paylaşımında qeyd edib.