Gəncə şəhərində yetkinlik yaşına çatmayan qızın zorlanması faktı Ombudsman Səbinə Əliyeva tərəfindən nəzarətə götürülüb.
Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb. Bununla yanaşı, azyaşlının tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub.
Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.
Qurumdan bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və zəruri dəstək göstəriləcək.
Qeyd edək ki, hadisə Gəncə şəhəri Kəpəz rayonunda baş verib. Rayon sakini, sağlamlıq imkanları məhdud yeniyetmə qız 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalıb və hazırda 7 aylıq hamilədir.
Son xəbərlər
Son Xəbərlər