Türkiyəli məşhur müğənni Melek Mosso və aktyor Serkan Sağdıç iki illik evliliklərini rəsmi olaraq bitiriblər.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə cütlük birgə açıqlama yayıb.
“Təxminən iki ildir ki, sevgi, hörmət və gözəl xatirələrlə davam etdirdiyimiz evliliyimizi, fikir ayrılıqları səbəbindən dostcasına sonlandırmağa qərar verdik. Hər zaman bir-birimizin həyatında xüsusi yerimiz olub. Bundan sonra da bir-birimizə dəstək olmağa və gözəl xatirələrlə xatırlamağa davam edəcəyik”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Mosso və Sağdıç bir müddət əvvəl boşanacaqları iddiaları ilə gündəmə gəlmişdilər.


Son xəbərlər
Son Xəbərlər