Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı - Yenilənib

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
Oxunma sayı: 5884

Dünən piyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağırlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki,qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır.

***

Hüquq müdafiəçisi Oktay Güləliyev əməliyyata götürülüb. Vəziyyəti kritikdir, həkimlər əməliyyatın 3 saat çəkəcəyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi