Ordumuz erməni mövqelərinə dəqiq zərbələr endirir - Rəsmi

ordumuz-ermeni-movqelerine-deqiq-zerbeler-endirir
Oxunma sayı: 13864

Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada qeyd edilib. Həmçinin bildirilir ki, Azərbaycan heç bir halda mülki infrastrukturu hədəfə almır.

Xatırladaq ki, açıqlamada həmçinin bildirilib ki, martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.