“Ordumuz ermənilərin iki postunu ələ keçirib”- - İcra başçısı

ordumuz-ermenilerin-iki-postunu-ele-kecirib-
Oxunma sayı: 6763


Sabiq deputat, Daşkəsənin icra başçısı Əhəd Abıyev AzNews.az-a müsahibəsində Azərbaycan hərbçilərinin bir neçə ay əvvəl ermənilərin iki postunu ələ keçirdiyini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, eks-deputat daha sonra qeyd edib ki, özü də həmin postda olub:

"Son 4 gündə erməni silahlıları Azərbaycan silahlı qüvvələrini, o cümlədən yaşayış sahələrini atəşə məruz qoyur. Azərbaycan tərəfi 13 şəhid veribsə, bu günlərdə mənə daha ciddi mənbədən verilən məlumata görə erməni tərəfi 51 hərbiçisini itirib. Amma onlar nədənsə bunu gizlədir. Bu da başa düşüləndir. 6-7 ay öncə Azərbaycanın silahlı qüvvələri Murovdağda erməni hərbiçilərin yerləşdikləri iki postu ələ keçirib. Şəxsən mən həmin postlarda olmuşam. İnanıram ki, hərbiçilərimiz ölkə başçısının bir əmri ilə qısa zaman kəsiyində İrəvana da bayraq sancar. Amma biz sülh istəyirik və bu münaqişəsinin müharibəsiz həlinin tərəfdarıyıq. Hazırda da rayonun cəbhə boyu əraziləri arada bir erməni silahlı qüvvələri tərəfinin atəşinə məruz qalsa da, hərbiçilərimiz onları dərhal susdurur və itkiyə məruz qoyurlar. Bir sözlə Azərbaycan xalqı, o cümlədən Daşkəsən əhalisi istənilən vaxt torpaqlarımızı azad etmək üçün döyüşə hazırdır".