Övladı 4 ildi Ukraynada idi, qovuşdular - Foto

ovladi-4-ildi-ukraynada-idi-qovusdular
Oxunma sayı: 4273

Ukrayna-Rusiya münaqişəsinə görə 2019-cu ildən Ukraynada saxlanılan 9 yaşlı rusiyalı uşaq Rusiyaya qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri TASS yayıb.

Bildirilib ki, o, Qətərin vasitəçiliyi və Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkilinin köməyilə Rusiyaya aparılıb.

Belə ki, uşaq 2019-cu ilə qədər valideynləri ilə Yaroslavl vilayətində yaşayıb. Həmin il atası vəfat edəndə anası uşağı Ukraynaya, Vinnitsa vilayətinə nənəsinin yanına aparıb. Münaqişə başlayandan sonra Rusiya vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyulduğuna görə ana oğlunu götürə bilməyib.

4 ildən sonra övladını hava limanında qarşılayan ananın təsirli görüntüsünü təqdim edirik:

Qeyd edək ki, müharibə başlayandan indiyə kimi 48 uşaq (35 ailədə) Ukraynadan Rusiyaya qaytarılıb.