Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" matçının ikinci hissəsində maraqlı anlar yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, "Axmat Arena"da keçirilən qarşılaşmanın baş hakimi Aleksey Suxoy mikrofon vasitəsiylə təhqir olunub.
Rusiya mətbuatı əvvəlcə hakimi təhqir edən şəxsin Çeçenistan Prezidenti Ramzan Kadırov olduğunu yazıb. Lakin sonradan bu şəxsin meydan sahiblərinin mətbuat xidmətinin əməkdaşı Rizvan Edilsultanov olduğu qeyd edilib. Yayılan xəbərə görə, klub rəsmisi hakimi təhqir etdiyinə görə işdən çıxarılıb.
Qeyd edək ki, qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Onu da qeyd edək ki, 2013-cü ildə də eyni üsulla Ramzan Kadırov hakimi təhqir etmişdi.
Son xəbərlər
Son Xəbərlər