Özünü həyətindəki tikilidə asdı... - Foto

Özünü həyətindəki tikilidə asdı...
Oxunma sayı: 8143

İsmayıllıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini, 27 yaşlı Şükürlü Sədail Ramazan oğlu  yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asıb. 

Rayon sakinlərinin verdiyi məlumata görə, intihar edən şəxsin həyat yoldaşı ilə ailə-məişət münaqişəsi olub və qadın bir müddətdir ki, evindən çıxaraq atasıgildə yaşayırmış. Beş il əvvəl ailə quran Sədail Şükürlünün 4 yaşında oğul övladı var.

Fakta bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi