Bərdə rayon sakini Fəxri Əliyev özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək, ayrı-ayrı şəxslərdən pul tələb edib.
Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Son xəbərlər
Son Xəbərlər