“Papanin hospitalı”nın rəisi təqaüdə göndərildi - Yeni rəis odur

papanin-hospitalinin-reisi-teqaude-gonderildi
Oxunma sayı: 7910

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Xəbəri rus dilində oxuyun: Уволен начальник “госпиталя Папанина”

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.

Sail Ağasəlim