PAŞA Holding “Qarabağ Dirçəliş Fonduna” 2 milyon manat köçürdü

pasa-holding-qarabag-dircelis-fonduna-2-milyon-manat-kocurdu
Oxunma sayı: 850

PAŞA Holding və onun bank və sığorta müəssisələri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fonduna” vəsait köçürüb. “Qafqazinfo” xəbər verir ki, sözügedən Fonda PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.

PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov işğaldan azad edilmiş bölgələrə dəstəyi davam etdirəcəklərini bildirib:  “Azad olunmuş ərazilərdə vətəndaşların firavan yaşaması hər birimizin arzusu və məqsədidir. Şübhəsiz ki, dirçəltmə prosesi dövlət tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. Regionun öndəgedən şirkətlərindən biri olaraq sözügedən bölgələri dirçəltmək bizim də növbəti illəri əhatə edən strategiyalarımıza mütləq qaydada daxil olunacaq. Belə ki, biz bu istiqamətdə müxtəlif növ layihələr həyata keçirəcəyik və bu fəaliyyətlərin, eləcə də həyata keçiriləcək layihələr üzrə prioritetləşdirmə prosesinin vacibliyini nəzərə alaraq öz inkişaf planları müvafiq dövlət strukturları ilə razılaşdıracağıq”.

Cəlal Qasımov PAŞA Holding-in dirçəltmə prosesi üzrə planları barədə “Nargis” jurnalına verdiyi müsahibəsində də danışıb: “Düşünürəm, birgə səylərimiz nəticəsində Qarabağ yaxın gələcəkdə regionun mərkəzinə çevriləcək” 

Xatırladaq ki, PAŞA Holding Silahlı Qüvvələrə Dəstək, eləcə də YAŞAT Fonduna yardım göstərən ilk şirkətlərdən olub.