Ermənistanın Baş naziri Nikol Paşinyan Belçika Krallığının paytaxtı Brüsselə səfər edib.
“Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb.
Bildirilib ki, Paşinyan 8-9 oktyabr tarixlərində ikinci beynəlxalq “Global Gateway” konfransında iştirak edəcək.
Səfər çərçivəsində Baş nazirin Ermənistanın xarici tərəfdaşları ilə görüşləri də nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər