Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ölkənin təhlükəsizlik və kəşfiyyat strukturlarının rəhbərliyində bir sıra təyinatlar həyata keçirilib.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, qərarlar Ermənistan hökumətinin rəsmi portalında dərc olunub.
Hökumət rəhbərinin müvafiq qərarları ilə Artur Qasparyan Dövlət Mühafizə Xidmətinin rəisi, Andranik Simonyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru, Kristinne Qriqoryan isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə yenidən təyin ediliblər.
Qeyd edək ki, hər üç şəxs bu vaxtadək həmin qurumlarda rəhbər vəzifələrin müvəqqəti icraçısı idilər.
Bundan başqa, Baş nazirin digər bir qərarı ilə Aram Hakobyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsindən azad edilib.
Son xəbərlər
Son Xəbərlər