Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə dindirildi

pasinyan-dovlete-xeyanet-maddesi-ile-baslanmis-cinayet-isi-uzre-dindirildi
Oxunma sayı: 2033

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə bildirib.

“Cənab Baş nazir şahid qismində dindirilib”, - Kyaramyan “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyanın sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Paşinyan aprelin 18-də bu iş çərçivəsində dindirildiyini bildirsə də, hansı statusda olduğunu açıqlamayıb.