Paşinyan yenidən koronavirusa yoluxdu

pasinyan-yeniden-koronavirusa-yoluxdu
Oxunma sayı: 1627

Ermənistanın Baş naziri Nikol Paşinyan COVID-19-a yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

“Paşinyan koronavirus testindən keçib, nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib, xəstəlik simptomsuz davam edir”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, o, distant rejimdə işləyəcək.

Xatırladaq ki, N. Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.