Peyvənd vurdurmayan müəllimlərin maaşı kəsiləcək? - Açıqlama

peyvend-vurdurmayan-muellimlerin-maasi-kesilecek
Oxunma sayı: 3802

Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev vaksinasiyadan keçməyən təhsil işçilərinin maaşının kəsilib-kəsilməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Bununla bağlı müzakirələr gedir. Nazirlər Kabinetinin yeni qaydaları hazırlanır. Bu barədə ətraflı məlumat veriləcək. Vaksin vurdurmayan və ya əks-göstəriş sertifikatı təqdim etməyən şəxslər təhsil müəssisələrinə buraxılmayacaq”.