Poroşenkonun Saakaşvilini vəzifədən çıxarması ilə bağlı - Açıqlama + Yenilənib

porosenkonun-saakasvilini-vezifeden-cixarmasi-ile-bagli
Oxunma sayı: 18086

Ukrayna prezidenti Petro Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna qəzeti olan Odessit.ua məlumat yayıb.

Məlumata görə, onun işdən qovulmağı ilə bağlı qərar prezident tərəfindən “açıq tarix”lə yazılıb. Qeyd edilib ki, hələlik Saakaşvilinin yerinə təyinat olmayıb.

Daha əvvəl də KİV-lər martın əvvəllərində qubernatorun vəzifədən azad ediləcəyi ilə bağlı məlumatlar yayırdılar.

***

Mixail Saakaşvilinin müşaviri, Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidze Saakaşvilinin vəzifədən getməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.