Prezident Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad etdi

prezident-bas-qerargah-reisinin-muavinini-vezifesinden-azad-etdi
Oxunma sayı: 7475

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, general-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, A. Həsənov 2017-ci ilin mayından Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi olub.