Prezident deputata yüksək vəzifə verdi

prezident-deputata-yuksek-vezife-verdi
Oxunma sayı: 17890

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna yeni sədr təyin edib.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 43 yaşlı Şahin Seyidzadə hazırda Milli Məclisin deputatıdır.