Prezident deputatla bağlı sərəncam verdi

prezident-deputatla-bagli-serencam-verdi
Oxunma sayı: 7609

Azərbaycan Prezidenti İlham Əliyev deputat Sabir Hacıyevi təltif edib. 

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.