Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, C. Mahmudova Azərbaycanın xalq artisti, mərhum bəstəkar Emin Sabitoğlunun qızıdır.
Son xəbərlər
Son Xəbərlər