Prezident nazirə yeni müavinlər təyin etdi

prezident-nazire-yeni-muavinler-teyin-etdi
Oxunma sayı: 10009

Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinə yeni təyinatla bağlı sərəncamlar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Sahir Polad oğlu Məmmədxanov Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilib.

Prezidentin digər sərəncamı ilə İlkin Etibar oğlu Vəliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.