Prezident özünə yeni sevgili tapdı - Foto

prezident-ozune-yeni-sevgili-tapdi-foto
Oxunma sayı: 783

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Fransada ötən il keçirilən prezident seçkilərində qalib gələn Ollandın sevgilisi Valeri Trierveyleri aldatdığı iddia olunur. Belə ki, Yelisey sarayına köçdükdən sonra keçmiş həyat yoldaşı Royal və sevgilisi Valeri arasındakı problemlərlə məşğul olan 58 yaşlı prezidentin bir ildir ki, aktrisa ilə sevgi münasibətində olduğu deyilir.

Fransa mediasına bomba kimi düşən xəbərə görə, Olland evli və iki uşaq anası olan Gayetlə münasibəti olduğunu Yelisey sarayında verdiyi bir yemək ziyafətində dilə gətirib. Lakin Ollandın sözçüsü iddiaları rədd edərək “Bu xəbərlərin heç biri həqiqətə uyğun deyil” deyə bildirib.

Fransız filmlərinin məşhur simalarından olan və 50-dən artıq filmdə oynayan aktrisa Julie Gayet bu iddianı irəli sürən bloqqeri məhkəməyə verib.