Prezident sərəncamlar verdi - Yenilənib

prezident-serencamlar-verdi
Oxunma sayı: 41065

Prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının sərəncamı ilə yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

***

Prezidentin digər sərəncamı ilə Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

***

Dövlət başçısının imzaladığı digər bir sərəncama əsasən, Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

***

Prezident İlham Əliyevin sərəncamı ilə on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.