Prezident Şuşa Bəyannaməsini təsdiqlədi

prezident-susa-beyannamesini-tesdiqledi
Oxunma sayı: 3104

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib.