Prezident təkrar parlament seçkiləri ilə bağlı qərar verdi - 18 iyunda

prezident-tekrar-parlament-seckileri-ile-bagli-qerar-verdi
Oxunma sayı: 10251

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidenti Sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin.

Qeyd edək ki, ötən il noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclasında 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələri ləğv edilib. Həmin dairədən isə lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.