Prezident Vaqif Sadıqovu da geri çağırdı - Yeni təyinat

Prezident Vaqif Sadıqovu da geri çağırdı
Oxunma sayı: 4286

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov vəzifəsindən geri çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

***

Dövlət başçısının digər sərəncamı ilə Vaqif Sadıqov Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.