Prezident yeni mərkəzin təməlini qoydu - Foto+Yenilənib

prezident-yeni-merkezin-temelini-qoydu
Oxunma sayı: 6758

İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verib.

İlham Əliyev mərkəzin təməlini qoyub.

***

Bildirilib ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı istehsalı və sair qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda, rayonda işsiz və işaxataranlar fəal məşğulluq proqramlarına da cəlb olunurlar.

Qeyd olunub ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək “DOST Evi” əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.