Prezidentdən Bahar Muradova ilə bağlı - Sərəncam

prezidentden-bahar-muradova-ile-bagli
Oxunma sayı: 10863

Prezident İlham Əliyev Bahar Muradova ilə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B.Muradovanın sabah 60 yaşı tamam olacaq.