Dövlət başçısı İlham Əliyevin Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə verdiyi evin görüntüsü yayılıb.
“Qafqazinfo” baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Qəhrəmanının ailəsinə hədiyyə edilən villa Biləsuvarda yerləşir. Mübariz İbrahimovun atası Ağakərim İbrahimov prezident tərəfindən verilən villa haqqında danışıb. O bildirib ki, evin bir hissəsində Mübariz İbrahimovun muzey otağı yaradılacaq.
Ağakərim İbrahimovun sözlərinə görə, uşaqlarından hansının oğlu olarsa, ona Mübariz adı verəcək və bu evi onun adına keçirəcək.
Son xəbərlər
Son Xəbərlər