Putin Con Kerrinin çamadanına “ilişdi” - Video

putin-con-kerrinin-camadanina-ilisdi
Oxunma sayı: 7477

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Con Kerri amerikalı diplomatın Moskvaya gətirdiyi qırmızı çamadanla bağlı zarafatlaşıblar.

“Qafqazinfo” virtualaz.org-a istinadən bildirir ki, görüş zamanı Putin dövlət katibinə təyyarədən enərkən çamadanını daşımaqda ona heç kimin kömək etməməsinə təəccübləndiyini və buna görə məyus olduğunu deyib: “Sonra fikirləşdim ki, bəlkə çamadanda elə qiymətli şey var ki, siz onu heç kimə etibar etmirsiniz? Məsələn, həlli vacib məsələləri yoluna qoymaq üçün pul?!”.

Prezident əlavə edib ki, “zarafat öz yerində”, amma, Kerrini gördüyünə şaddır: “Çünki onunla həmişə ortaq məxrəcə gəlmək olur”.

Kerri isə öz növbəsində Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini söyləyib: “Düşünürəm ki, bu sizin üçün xoş bir sürpriz olacaq”.