“Putin heç vaxt Ukraynada qalib gələ bilməyəcək” - Bayden

putin-hec-vaxt-ukraynada-qalib-gele-bilmeyecek
Oxunma sayı: 11793

"Rusiya Prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək".

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden videomüraciətində deyib. 

"Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz", - deyə Bayden bildirib. 

Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.