Putin Soçidəki danışıqların detallarını açıqlayıb

putin-socideki-danisiqlarin-detallarini-aciqlayib
Oxunma sayı: 7882


“Qafqazinfo” itar-tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi ayrı-ayrı görüşlərdən sonra deyib. 

Putin Rusiya mətbuatına açıqlamasında görüşlərin rəsmi hissəsindən sonra, bir daha qeyri-rəsmi formada İlham Əliyev və Serj Sarkisyanla görüşdüyünü bəyan edib:

“İnsanların ölməyindən daha artıq faciə ola bilməz. Qarabağ problemi Sovet İttifaqından qalma bir vəsiyyət kimidir”. 

S.Sarkisyan isə görüşdə bu məsələnin yaxın vaxtda dinc üsullarla həll ediləcəyini gözlədiyini bildirib:

“Biz münaqişəni Minsk qrupunun təklif etdiyi formada həll etməliyik”.

İlham Əliyev isə Minsk qrupunun Qarabağ problemində çox səylər göstərdiyini desə də bu cəhdlərin hələ ki, uğursuz alındığını dilə gətirib:

“Ümid edirik ki, danışıqlar yolu ilə məsələnin həlli yolunu tapacağıq. Bu yol həm beynəlxalq qaydalara, həm də ədalət qaydalarına söykənməlidir”.